“Bəy hamamı”nda 8 nəfər cərimələndi

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Olaylar"a verilən məlumata görə, İmişli RPŞ-yə rayon ərazisindəki "Bəy hamamı"nın karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə məlumat daxil olub.Məlumatla əlaqədar adıçəkilən ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən obyekt işçiləri və müştərilər daxil olmaqla 8 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31