SON DƏQİQƏ! Əhaliyə müraciət edildi: Çölə çıxmayın
6 Aprel 2021 14:29 SosialGecə saatlarından başlayaraq ölkə ərazisində hökm sürən güclü küləkli hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Nazirlik əhaliyə təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.
"Həmçinin, güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı "112"-yə zəng edin!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31