Azərbaycan məhsulları Çində nümayiş olunur
6 Aprel 2021 11:47 SosialÇin Xalq Respublikasının Çendu şəhərində "China Food and Drinks Fair and TAOWINE Hotel Show" sərgisi öz işinə başlayıb. "Olaylar" xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə sərgidə şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 10-dan çox Azərbaycan şirkəti öz məhsulları "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur.Tədbir çərçivəsində Azərbaycan şərablarının dequstasiyası keçirilir, sərgi iştirakçıları Azərbaycan şərablarının dadını və keyfiyyətini yüksək qiymətləndirirlər. Qeyd edək ki, sərgi aprelin 9-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31