Həcc ziyarəti ilə bağlı şərtlər açıqlandı: Vaksin olunanlar gedə biləcək

Səudiyyə Ərəbistanı bu Həcc ziyarətinə gtmək istəyən zəvvarlar üçün şərtlərini açıqlayıb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Həcc məsələləri nazirliyi bildirib ki, COVİD-19-dan peyvənd olunmuş zəvvarlar Ramazan ayı müddətində Həcc ziyarəti edə bilərlər.

Bildirilib ki, Həcc ziyarəti etmək istəyənlər koronavirusa qarşı vaksinin hər iki dozasını almalıdırlar. Bu şərtlərə əməl edən zəvvarlar Həcc ziyarəti üçün müraciət edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31