Deputat Şahin Seyidzadə seçicilərlə görüş keçirib
6 Aprel 2021 10:55 SosialAzərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadə təmsil etdiyi Aşağı Güzdək qəsəbəsində vətəndaşlarla fərdi qaydada səyyar formalı qəbul keçirib. "Olaylar" xəbər verir ki, bu barədə deputat Şahin Seyizadə öz sosial şəbəkə hesabında qeyd edib. Bildirib ki, Abşeron rayonu Aşağı Güzdək, Hökməli, Qobu və Perekeşkül qəsəbələrindən olan 18 sakininin iştirak etdiyi səyyar qəbulda təhsil, sosial təminat, bank məsələləri, məşğulluq, infrastruktur, kommunal xidmətlər kimi bir neçə digər sahə ətrafında müraciətlər dinlənilərək qeydə alınıb.
Qeyd edək ki, ötən mart ayında deputat tərəfindən təmsil etdiyi Abşeron və Qobustan rayonlarında ümumilikdə 51 sakinin iştirak etdiyi fərdi vətəndaş qəbulu keçirilmişdi.