Sfera.az xəbər verir ki, həmin şəxsin batdığı yerdə axtarışlar aparan FHN-nin kiçik həcmli gəmilərə nəzarət və Sularda Xilasetmə Dövtlət Xidmətinin dalğıc axtarış qrupları axtarışlara cəlb olunub.
Saat 16:30-da həmin şəxsin meyidi batdığı yerdən 10 metr kənarda, sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının suda batan şəxsin Əsədli kənd sakini 1950-ci il təvəllüdlü Abbasov İsfəndiyar Əli oğlunu müəyyən edib.
O intihar etməzdən əvvəl məktub yazıb.
Həmin məktubda bildirib ki, bir il əvvəl itkin düşən Ziya Abbasovun yoxluğuna dözə bilmədiyi üçün bu addımı atıb.
Daha ətraflı Baku TV-nin süjetində: