Aşan avtomobilin sürücüsü dünyasını dəyişib
5 Aprel 2021 15:14 Sosialİsmayıllı rayonunun Qoydan kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 4-də saat 19 radələrində İsmayıllı rayonunun Qoydan kəndi ərazisində kənd sakini İ.Mirzəyev idarə etdiyi "UAZ" markalı avtomobili aşırmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür. İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31