Ceyhun Bayramov Vətən müharibəsində istifadə olunan İsrail silahlarından danışdı
5 Aprel 2021 13:37 SosialAzərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Vətən müharibəsində İsrail silahlarının mühüm rol oynadığını deyib."Olaylar"ın məlumatına əsasən, C.Bayramov bu barədə "İsraelhayom" portalına müsahibəsində danışıb. Nazir bildirib ki, yüksək texnologiyalı və dəqiq zərbələr endirən İsrail silahları, xüsusən də dronlar Azərbaycanın hərbi qələbə qazanmasında böyük rol oynayıb: "Əminəm ki, Vətən müharibəsindən sonra müxtəlif sahələrdə ikitərəfli əlaqələrimiz daha da güclənəcək və dərinləşəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31