Dağlıq Qarabağda erməni terror təşkilatlarının fəaliyyətini ifşa edən sənəd əldə edilib

 Azərbaycan Respublikasının Prezidneti, Ali Baş Komandan İlham Əliyevin Avropa Şurası, BMT kimi ayrı-ayrı beynəlxalq təşkilatlarda səsləndirdiyi erməni terrorçularının Dağlıq Qüarabağda törətdikləri cinayətləri təsdiq edən sənədlər əldə edilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Avropa Şurası, BMT kimi ayrı-ayrı beynəlxalq təşkilatlarda səsləndirdiyi erməni terrorçularının Dağlıq Qarabağda törətdikləri cinayətləri təsdiq edən sənədlər əldə edilib.  Bu barədə "Olaylar"a politoloq, professor Rövşən Novruzoğlu deyib. Bildirib ki, erməni terrorçularının Azərbaycan ərazisində azərbaycanlılara qarşı törətdikləri cinayətlərin miqyası misilsizdir: "Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən erməni terror düşərgələrinin hərbi kəşfiyyat bölmələri, terror birləşmələri hazırda da fəaliyyətini davam etdirməkdədir. Həmin terror düşərgələrindən Azərbaycanın ayrı-ayrı bölgələri bomba və raket atəşinə tutulur. Əldə edilən məxfi xəritədən də aydın olur ki, "ASALA Çekakoran" gizli erməni cəbhəsi, "Haydat" terrorçuları və fransız erməniləri ilə birgə hazırlanan "Ramsel" erməni terror təşkilatı çoxsaylı cinayətlər törədiblər. Xəritəyə diqqətlə baxdıqda aydın olur ki, əslində Xocalı faciəsini də həmin terror təşkilatları törədib. Məlumata görə, Rusiya Federasiyasına məxsus "Vektor" kimyəvi və baktereloji silah anbarının  6 nəfəri erməni Katolik kilsəsinin rəhbərliyi ilə Dağlıq Qarabağda olub və oradan BMT-yə rəsmi məlumat göndərilib ki, guya Dağlıq Qarabağda heç bir kimyəvi və baktereloji silahdan istifadə olunmayıb. Lakin ABŞ-ın həkim qrupu bunun əksinə olaraq məlumat yayıb ki, Dağlıq Qarabağda bu qrupun tərkibində iştirak edən erməni hüquqşünas Spartak Qarabaşyan məhz "Sibir xorası" infeksiyasından dünyasını dəyişib. Bu səbəbdən Dağlıq Qarabağda formalaşdırılan erməni qoşun kontigentinin böyük bir hissəsi həmin ərazidən uzaqlaşdırılıb. Hərbi kəşfiyyat bölməsinin törətdiyi bu cinayətlərin araşdırılması şübhəsiz ki, Haaqa Məhkəməsinə qədər gedib çıxacaq. Hazırda əldə edilən sənədlər araşdırıldıqdan sonra Avropa dövlətlərinə və beynəlxalq təşkilatlara təqdim olunacaq".

R. Novruzoğlu onu da qeyd edib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində kütləvi şəkildə narkotik plantasiyaları salınıb. Hətta orada bununla bağlı xüsusi laboratoriyaların fəaliyyət göstərməsi ilə bağlı çoxsaylı sənədlər mövcuddur. Ən ciddi sənədlərdən biri də işğal olunmuş ərazilərdə erməni enbirioloqların, divirisioloqların, genetiklərinin törətdikləri cinayətlərlə bağlıdır. Hətta bu məqsədlə işğal olunmuş ərazidə fəaliyyət göstərən elmi tədqiqat mərkəzlərinin, həmin mərkəzlərdə şalışan alimlərin adları və telefon nömrələri də məlumdur. Vaxt gəldikcə həmin faktlarla bağlı məlumatlar aidiyyati beynəlxalq təşkilatlara çatdırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31