Ermənilərin açdığı atəş zamanı mülki şəxslərə dəyən ziyan dövlət tərəfindən təmin ediləcək

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı hazırda Qarabağda gedən döyüşlər zamanı əsir və girov götürülən şəxslərin taleyinə aydınlıq gətirib. 

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı hazırda Qarabağda gedən döyüşlər zamanı əsir və girov götürülən şəxslərin taleyinə aydınlıq gətirib. 

Olaylar.az xəbər verir ki, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, her şey Cenevrə Konvensiyasına uyğun şəkildə edilir: 

"Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təxribatından sonra əks hücuma başlayan Azərbaycanın Müdafiə Nazirliyi bəyan etdi ki, müharibə zamanı əsir düşən hər bir erməni hərbçisinə Cenevrə Konvensiyasına uyğun olaraq davranış səgilənəcək. Biz hər zaman öz üzərimizə düşən öhdəliyi yerinə yetirməyə hazırıq", - deyə aparat rəhbəri əlavə edib.

O eyni zamanda vurğulayıb ki, ermənilərin açdığı atəş zamanı mülki şəxslərə dəyən ziyan dövlət tərəfindən təmin ediləcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31