“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi yenidən müzakirəyə çıxarılır

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi yenidən müzakirəyə çıxarılır

Oktyabrın 5-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib. "Olaylar" xəbər verir ki,  Komitənin sədri Əhliman Əmiraslanov öncə Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində ordumuzun  uğurlarından söz açıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi ilə beynəlxalq hüquq çərçivəsində aparılan zəfər yürüşünün davam etdiyini vurğulaıb. İclasda Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Əhliman Əmiraslanov bildirdi ki, komitə üzvləri könüllü olaraq bir aylıq maaşlarının Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi barədə yekdil qərar qəbul ediblər. Səhiyyə komitəsinin iclasında "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Gündəlikdəki məsələ barədə məlumat verən komitə sədri birinci oxunuş zamanı səslənmiş təkliflərə münasibət bildirdi. Sonra müzakirələr başlandı.İclasda ekspert qismində iştirak edən Tibb Universitetinin, Mərkəzi Klinik Xəstəxananın və Mərkəzi Gömrük Hospitalının təmsilçiləri  -  professorlar Nuru Bayramov, Kamran Musayev və tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Vüqar Qurbanov qanun layihəsi ilə bağlı rəy və təkliflərini nəzərə çatdırdılar. Belə mükəmməl qanun layihəsi hazırladıqlarına görə Səhiyyə komitəsinin üzvlərinə təşəkkürlərini bildirdilər. Sonra komitə sədrinin müavini Rəşad Mahmudov, deputat Kamaləddin Qafarov transplantasiya ilə əlaqədar müxtəlif məsələlərə toxundular. Çıxışları komitə sədri Əhliman Əmiraslanov yekunlaşdırdı.  Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31