Tələbələr erməni qəsbkarlarının vəhşiliyini Qınadı
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribata dair bəyanat verib.
5 Oktyabr 2020 12:39 SosialAzərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribata dair bəyanat verib.
Bəyanatda deyilir ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı terror aktları törətməyə davam edir.
4 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncəyə raket zərbələri endirdi."Dağlıq Qarabağ Respublikası"nın"prezidenti" ArayikHarutyunyanın bildirdiyinə görə, Azərbaycanın böyük şəhərlərində yerləşən hərbi obyektlər Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən silahlı qüvvələrinhərbi hücumlarının hədəfinə çevriləcəkdir.Ammaayrı-seçkilik qoyulmadan törədilən dünənki hücumlar zamanı mülki şəxslər öldü və yaralandı, bir çox mülki obyektlər zərər gördü.Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi məlumata görə, bu günə qədər Ermənistanın təcavüzü nəticəsində 24 mülki şəxs həlak olub, 111 nəfər yaralanıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Ermənistan dövlətinin terrorçu və barbar hərəkətlərini kəskin şəkildə pisləyir və BMTTəhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində də qeyd olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına çağırır.
Bəyanatın ingiliscə mətni ilə aşağıdakı keçiddə tanış olmaq olar: