Deputat: “Cəbhə bölgələrində yaşayan insanlar üçün xüsusi imtiyazlar yaradılsın”

"Gecə saatlarında bəzi tikinti şirkətləri yeni binalarda iş aparır və bu da insanları narahat edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat  Məlahət İbrahimqızı " Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, eyni zamanda Nəsimidə yeni tikilən binalar bir-birinə çox yaxındır: "Az qala əlini uzatsan, o biri eyvana çatır. Bu tənzimlənməlidir. Bununla bağlı mən Nəsimi rayon İcra hakimiyyətinə və Şəhərsalma və Tikinti İdarəsinə də müraciətlər etmişəm".

M.İbrahimqızı cəbhə bölgəsində yaşayan insanlarla bağlı da təklif səsləndirib: "Bu gün cəbhə bölgələrində yaşayan insanlar günümüzün qəhrəmanlarıdır. Onlarla bağlı təklif edirəm ki, qanunvericilikdə xüsusi imtiyazlar yaradılsın. Bu gün onlar atılan güllənin qarşısındadır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31