Qənirə Paşayevadan deputatlara ÇAĞIRIŞ: Maaşlarınızı Orduya bağışlayın
30 Sentyabr 2020 13:46 SosialBiz əməkhaqqımızın böyük bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna bağışlasaq, bu, cəmiyyətdə imkanı olan insanlara çağırış olar.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.
Dövlətimizin və ordumuzun güclü olduğunu vurğulayan millət vəkili qeyd edib ki, bizim indiki dəstəyimiz çox önəmlidir: "Eyni zamanda qanvermə aksiyalarında iştirak çox vacibdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31