Musa Quliyev: “Energetik içkilərin reklamı qadağan edilməlidir”
“Energetik içkilərin reklamı məni narahat edir. Xüsusilə özəl televiziya kanallarında onların reklamı gənclərin həmin içkilərə meylini artıran haldır”.
30 Sentyabr 2020 13:38 Sosial"Energetik içkilərin reklamı məni narahat edir. Xüsusilə özəl televiziya kanallarında onların reklamı gənclərin həmin içkilərə meylini artıran haldır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib. Deputat təklif edib ki, bununla bağlı "Reklam haqqında"qanuna dəyişiklik edilsin: "Dəyişikliklə isə energetik içkilərin reklamı qadağan edilsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31