Deputat güc strukturlarının hesabatını İstədi

"Xalqımız üçün çox fərəhli haldır ki, Ordumuz əkshücum əməliyyatlarına başlayıb”.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat təklif edib ki, Xarici işlər, müdafiə, fövqəladə hallarnazirlikləri Milli Məclisə dəvət olunsun və qapalı iclas keçirilsin:

"Xalqımız üçün çox fərəhli haldır ki, Ordumuz əkshücum əməliyyatlarına başlayıb"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat təklif edib ki, Xarici işlər, müdafiə, fövqəladə hallarnazirlikləri Milli Məclisə dəvət olunsun və qapalı iclas keçirilsin: "Milli Məclis proseslərdən kənar qalmasın, fikir mübadiləsi aparılsın. Narahat olduğum digər məsələ Ermənistan tərəfindən Türkiyənin də hərbi əmməliyyatlara cəlb edilməsi ilə bağlı yaydığl xəbərlərdir. Bu xəbərlər rəsmilər tərəfindən təkzib olunur. Amma bu məsələ təkrar-təkrar vurğulanmalıdır ki, biz bunu edə bilərik, ancaq hələ buna ehtiyac görmürük. Bizim də kollektiv müdafiə olunmaq hüququmuz var. Necə ki, Ermənistan KTMT-nin üzvüdür. Bizim torpaqlarımız zamanında Rusiyanın hərbi birləşmələrinin dəstəyi ilə işğal olunub. Rusiyadan olan jurnalistin öz qeydlərində dünyada gördüyü ən qəhrəman insan kimi Vəzir Orucovdan bəhs edir. Burada da Rusiya Ordusunun Qarabağın işğalında iştirakına da toxunulur. Digər tərəfdən, Merkelin, Makronun Prezident İlham Əliyevə insan ölümündən narahat olmaqla bağlı müraciətləri var idi. BMT TŞ təcili toplanır. Bu gün bunu edənlər niyə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına mane olmurdular?! Azərbaycan tərəfi bunların heç birinə, BMT-nin yeni qətnaməsinə məhəl qoymamalıdır. Necə ki, Ermənisan neçə illərdir Ermənistan bunu edir. Biz müharibə dövründə də, atəşkəs dövründə çox sayda insan itirmişik. Azərbaycan xalqının haqqı var ki, səfərbərliyə getsin, itkilərdən, dağıntılardan qorxmadan öz torpaqlarını azad etsin".

Milli Məclisin sədri Sahibə Qafarova qapalı iclas keçirilməsi ilə bağlı təklifinə cavab olaraq bildirib ki, hərbi vəziyyətlə əlaqədar iclasın qapalı keçirilməsinin nə qədər düzgün olacağını düşünmədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31