“ASAN xidmət”in 36 əməkdaşı könüllü olaraq ordu sıralarına qoşuldu

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş “ASAN xidmət”in yüzlərlə əməkdaşından 36 nəfəri könüllü olaraq ordu sıralarına çağırılıb.  Olaylar.az bildirir ki, onların arasında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının ailə üzvləri də var.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş "ASAN xidmət"in yüzlərlə əməkdaşından 36 nəfəri könüllü olaraq ordu sıralarına çağırılıb. 

Olaylar.az bildirir ki, onların arasında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının ailə üzvləri də var.

Qeyd edək ki, "ASAN xidmət"də şəhid ailələrinin 30-dan artıq üzvü və 15 nəfər qazi çalışır.

Azərbaycan Ordusuna haqq işində,  Qarabağın işğaldan azad olunması yolunda tükənməz əzm və möhkəm iradə arzulayırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31