Vaqif Əsədovun oğlu könüllü olaraq döyüşə getdi
29 Sentyabr 2020 15:28 SosialBakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov oğlunu cəbhəyə yola salıb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, polis rəisinin oğlu Pərvin Əsədov könüllü olaraq döyüşə yollanıb.
Məsələ ilə əlaqədar Vaqif Əsədovla əlaqə saxladıq. O bildirdi ki, oğlunu bu gün yola salıb.
"İnşallah ki, itirdiyimiz torpaqları qaytararıq. Oğlum da qələbə xəbəri ilə qayıdar. İnanıram və arzulayıram ki, oğlum qələbə bayrağını sancacaq", - deyə Vaqif Əsədov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31