Azər Kərimli İtaliya parlamentinin üzvlərinə təşəkkür məktubları ünvanlayıb

Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü, iqtidar "5 Ulduz Hərəkatı" partiyasından olan senator Canluka Ferraraya, İtaliya parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədri, "Liqa" partiyasından olan deputat Rossana Boldiyə, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü, "Liqa" partiyasından olan senator Stefano Lucidiyə, İtaliya Senatında "İrəli İtaliya" siyasi qrupunun sədr müavini, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotiyə və İtaliya Senatının "Yaşasın İtaliya" partiyasından olan üzvü, senator Mauro Marinoya məktublar  ünvanlayıb

Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü, iqtidar "5 Ulduz Hərəkatı" partiyasından olan senator Canluka Ferraraya, İtaliya parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədri, "Liqa" partiyasından olan deputat Rossana Boldiyə, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü, "Liqa" partiyasından olan senator Stefano Lucidiyə, İtaliya Senatında "İrəli İtaliya" siyasi qrupunun sədr müavini, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotiyə və İtaliya Senatının "Yaşasın İtaliya" partiyasından olan üzvü, senator Mauro Marinoya məktublar  ünvanlayıb. MM-dən "Olaylar"a verilən məlumata görə, Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən hərbi təxribatlarla bağlı ədalətli mövqeyə görə minnətdarlığını bildirən Azər Kərimli qeyd edib ki, İtaliya parlamentinin adıçəkilən üzvləri tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini dəstəkləməkdə dəyişməz mövqeyin ifadə olunması yüksək qiymətləndirilir. "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə haqlı münasibətiniz beynəlxalq hüquqa hörmətin bariz nümunəsidir. Bu cür dəstək münaqişənin beynəlxalq səviyyədə qəbul olunmuş norma və prinsiplər çərçivəsində həllinə kömək edəcəkdir. Bütün beynəlxalq ictimaiyyətin eyni mövqedən çıxış edəcəyinə və ədaləti dəstəkləmək üçün səslərini yüksəldəcəyinə ümid edirik", - deyə məktublarda qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31