Qadının qızıl boyunbağısını alıb qaçan şəxs Ələ keçib
Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib. Sentyabrın 18-də naməlum şəxs paytaxt sakini C.Süleymanova qarşı soyğunçuluq edərək onun qızıl boyunbağısını əlindən alıb.
26 Sentyabr 2020 10:46 SosialXətai rayonunda soyğunçuluq hadisəsi baş verib. Sentyabrın 18-də naməlum şəxs paytaxt sakini C.Süleymanova qarşı soyğunçuluq edərək onun qızıl boyunbağısını əlindən alıb. DİN-dən "Olaylar"a verilən məlumara görə, rayon polis idarəsinin 37-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Vəliyev saxlanılıb. Faktla bağlı saxlanılan şəxs barəsində 37-ci polis şöbəsində toplanan materiallar Xətai rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.