ÜST: “Koronavirusdan 2 milyon insan ölə bilər”

 Dünyada yeni növ koronavirusdan ölənlərin sayı 1 milyona yaxınlaşır.

Dünyada yeni növ koronavirusdan ölənlərin sayı 1 milyona yaxınlaşır. Lakin pandemiya qurbanlarının sayı 2 milyona çata bilər. "Olaylar" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə vəziyyətlər proqramının direktoru Maykl Rayan bildirib. Onun sözlərinə görə, COVID-19 peyvəndinin hazırlanmasına bundan sonra təxminən 9 ay vaxt gedə bilər. Bu müddət ərzində daha 1 milyon insanın vəfat etməsi mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31