Deputat seçicinin sosial problemini həll etdi

48 saylı Yevlax Seçki Dairəsindən deputat seçilmiş İlham Məmmədov  Yevlax rayon Malbinəsi, Kövər və Qoyunbinəsi kəndlərində və YAP Yevlax Rayon Təşkilatının inzibatı binasında karantin qaydalarına əməl edilməklə  seçicilərlə görüş keçirmişdir.

48 saylı Yevlax Seçki Dairəsindən deputat seçilmiş İlham Məmmədov  Yevlax rayon Malbinəsi, Kövər və Qoyunbinəsi kəndlərində və YAP Yevlax Rayon Təşkilatının inzibatı binasında karantin qaydalarına əməl edilməklə  seçicilərlə görüş keçirmişdir. "Olaylar" xəbər verir ki, görüşdə seçicilər yaşadıqları ərazilərdə sosial problemlərlə yanaşı şəxsi məsəllərinin həlli üçün də köməklik istəmişlər.

Müraciətlərin bir qismi aidiyyatı qurumlarla birlikdə yerində həll edilmişdir.  Digər müraciətlər isə nəzarətə götürülərək həlli üçün müvafiq  tədbirlərin görüləcəyi barədə seçicilər məlumatlandırılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31