Telefon oğrusu Ələ keçib

 Paytaxtın Nizami rayonunun Babək prospektində yerləşən mağazaların birindən oğurluq etmiş H.Mehmanov saxlanılıb.

Paytaxtın Nizami rayonunun Babək prospektində yerləşən mağazaların birindən oğurluq etmiş H.Mehmanov saxlanılıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən xəbərə görə, sentyabrın 24-də saat 3 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində yerləşən mağazaların birindən Nizami Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəlmiş, oradan 3 ədəd mobil telefon oğurlamış şəxs saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini H.Mehmanov olduğu müəyyən edilib. H.Mehmanov araşdırmalar aparılması üçün 23-cü Polis Bölməsinə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31