Ermənistanda ikinci dalğa güclənir - Virus sürətlə yayılır

Ermənistanda son sutka ərzində daha 392 nəfərdə koronavirus infeksiyası (COVID-19) aşkar olunub.

Ermənistanda son sutka ərzində daha 392 nəfərdə koronavirus infeksiyası (COVID-19) aşkar olunub.

 Olaylar.az xəbər verir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 48 min 643 nəfərə yüksəlib.

İndiyədək Ermənistanda koronavirusdan 945 nəfər ölüb, 43 min 401 xəstə sağalıb.

Hazırda Ermənistanda 4 002 aktiv koronavirus xəstəsi var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31