AĞIR İTKİ ÜZ VERDİ-Daha bir məşhur xanım müğənni dünyasını dəyişdi - FOTO
25 Sentyabr 2020 23:40 SosialFransız müğənni Jülyett Qreko 94 yaşında vəfat edib.
"Arqumentı i faktı" qəzetinin verdiyi xəbərə görə, aktrisa Fransanın cənubundakı Ramatüel şəhərində, yaxınlarının yanında dünyasını dəyişib.
O, İkinci Dünya müharibəsi vaxtı Fransa müqavimət hərəkatına qoşularaq həbs edilib. Müğənni müharibədən sonra Fransanın ən parlaq ulduzlarından birinə çevrilib.
O, "Tom dayının daxması", "Orfey", "Generalların gecəsi" kimi filmlərdə çəkilib. Aktrisa Jan Kokto, İnqrid Berman, Orson Uels kimi rejissorlarla əməkdaşlıq edib.
Həmişə qara geyinən aktrisa Alber Kamü və Jan-Pol Sart kimi yazıçı-filosoflarların da ilham mənbəyinə çevrilib.
Jülyett Qreko 89 yaşına qədər səhnəyə çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31