Navalnı xəstəxanadan çıxdı

Aleksey Navalnı çərşənbə axşamı Berlindəki “Charite” klinikasından çıxıb.

Aleksey Navalnı çərşənbə axşamı Berlindəki "Charite" klinikasından çıxıb.

Olaylar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Charite"dən qeyd ediblər ki, həkimlər Navalnının tam sağaldığını deyirlər. Onların fikrincə, kəskin zəhərlənmənin sonrakı nəticələri barədə qərar vermək hələlik mümkün deyil.

Qeyd edək ki, A.Navalnı avqustun 20-də zəhərlənmə nəticəsində komaya düşüb. O, avqustun 22-dən etibarən Berlindəki "Charite" klinikasında müalicə alırdı. Sentyabrın 2-də Almaniya hakimiyyəti A.Navalnının "Noviçok" qrupundan olan zəhərli maddə ilə zəhərləndiyini elan edib. Sentyabrın 7-də Navalnının vəziyyəti yaxşılaşıb, o, tibbi komadan çıxarılıb və sentyabrın 14-də süni tənəffüs cihazı ilə əlaqəsi kəsilib.

A.Navalnının zəhərlənməsi beynəlxalq rezonans doğurub. Avropa İttifaqı bununla bağlı olaraq Rusiyaya sanksiyaların tətbiqinə icazə verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31