Azərbaycan-BMT  əməkdaşlığı ən yüksək səviyyədədir

 “Bu gün dünyada minlərlə silahlı münaqişələr, terror aktları , müxtəlif növ cinayətlər baş verir. Bunların qarşısını almaq üçün müxtəlif növ tədbirlər görülür.

"Bu gün dünyada minlərlə silahlı münaqişələr, terror aktları , müxtəlif növ cinayətlər baş verir. Bunların qarşısını almaq üçün müxtəlif növ tədbirlər görülür. Bu tədbirlərdən biri də Qoşulmama Hərəkatıdır. Ölkəmiz 120 ölkənin ədalətli qərarı ilə həmin hərəkatın sədri seçilmişdir. Bu il Qoşulmama Hərəkatı üçün tarixi bir ildir. Çünki bu il Qoşulmama Hərəkatı Bandunq bəyənnaməsinin 65-ci ili qeyd olunur. Azərbaycan Respublikası 1992-ci ildə BMT-yə üzv olmuşdur. Bu qurumun əsas məqsədi hər hansı bir ölkənin siyasi müstəqilliyinə, ərazi bütövlüyünə maneçilik törədildiyi təqdirdə, bu addımı atmaq istəyən ölkəni danışıqlar çərçivəsində geri çəkməkdir". Bunu "Olaylar"a deyən Nəsimi RİH könüllüsü  Xəmməd Əhmədlinin sözlərinə görə, Azərbaycanın qanlı tarixi olan Xocalı Soyqırımı 10-dan çox ölkə tərəfindən tanınmışdır. Lakin ermənilər bu həqiqəti daim gizlətməyə çalışmışdırlar. Bu günkü dövrdə də erməni təcavüzkarları atəşkəsi pozurlar.Təbii ki, bütün bunlar Qarabağ münaqişəsinin sülh yolu ilə bitməsinin qarşısını alan əsas maneələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün çıxışlarında ermənilərlə hər hansı şərt daxilində razılaşmayacağını qətiyyətlə ifadə etmişdir: "Hal-hazırda bütün dünya, o cümlədən ölkəmiz COVİD-19 bəlası ilə qarşı-qarşıyadır. Ancaq prezidentimizin vaxtında qəbul etdiyi effektiv qərarların nəticəsi olaraq bu bəladan gələcək zərərlər minimallaşdırılmışdır. Həmçinin Azərbaycan Respublikası digər ölkələrə yardımını əsirgəməyərək 30-dan çox ölkəyə öz yardımını göstərmişdir. BMT də göstərilən dəstəkləri danmayaraq ölkə rəhbərliyinə öz minnətdarlığını bildirmişlər. Edilən bütün yardımlar, dəstəklər və siyasi həmlələr BMT ilə əlaqələri möhkəmləndirməkdədir və nəticə olaraq atılan bütün addımlar və ölkə başçısının siyasi görüşləri Azərbaycanı siyasi arenada daim öz sözünü demiş ölkə kimi tanıdır və tanıtmağa davam edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31