Bakıda metronun qarşısında dəhşətli hadisə - Gənc oğlan öldü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
23 Sentyabr 2020 10:58 SosialBakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Olaylar.az xəbər verir ki, dünən saat 20:00 radələrində Sabunçu rayonu Heydər Əliyev prospektində (metronun "Koroğlu" stansiyasının qarşısı) "Mercedes" markalı minik avtomobili 18-20 yaşlı oğlanı vurub. Gənc oğlan aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bildirilib ki, hadisə piyada keçidi olmayan yerdə qeydə alınıb.
Faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31