Sumqayıtın bir hissəsinə su fasilə ilə veriləcək
Magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar gün ərzində Sumqayıt şəhərinin Yaşıldərə massivinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
23 Sentyabr 2020 10:56 SosialBu gün Sumqayıt şəhərinin Yaşıldərə massivinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə "OLAYLAR"-a "Azərsu" ASC-dən məlumat verilib.
Bildirilib ki, məhdudiyyətlər magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31