Bakıda dəhşət: Sürücünün meyiti maşından çölə düşdü
22 Sentyabr 2020 23:16 SosialBakının Sabunçu rayonu ərazisində şəhər istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil digər minik maşınına dəydikdən sonra, hərəkətdə olan "KamAZ" markalı yük avtomobilinə, daha sonra isə yol kənarında olan dəmir arakəsmələrə çırpılıb. APA xəbər verir ki, nəticədə "Mercedes" markalı avtomobildə olan sürücü, avtomobildən çıxaraq bir neçə metr kənara düşüb və hadisə yerində dünyasını dəyişib. Sərnişinləri isə yüngül bədən xəsarətləri alıb. "KamAZ" markalı yük avtomibilinin və digər minik maşının sürücüləri xəsarət almayıb. Hadisə yerinə polis və Təcili Tibbi Yardım əməkdaşları gəlib. Yolda qısa müddətlik tıxac yaranıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31