Bu gün 10 şagirddə koronavirus aşkarlandı - Rəsmi
22 Sentyabr 2020 22:39 SosialTəhsil Nazirliyi ümumi təhsil müəssisələrində Covid-19 virusuna dair bu günə olan məlumatı açıqlayıb.
Bu gün 10 şagirddə koronavirus aşkarlanıb. Virusa yoluxmuş işçi heyətinin sayı isə 7-yə bərabərdir. Bundan başqa, bu gün koronavirusa görə 2 sinif distant təhsilə keçirilib.
Qeyd edək ki, son sutkada 36 şagirdin bədən hərarəti 37 dərəcədən yuxarı olub. İşçi heyətində bu göstərici 7-yə bərabərdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31