Publik hüquqi şəxsin dövlət qeydiyyatı qaydası Yenilənir

Publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması qaydası dəyişir.

Publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması qaydası dəyişir. "Olaylar"ın məlumatına görə, bu, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31