Gənclər və idman komitəsi hesabat verəcək

 Sentyabrın 21-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçiriləcək

Sentyabrın 21-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçiriləcək. Milli Məclisin Mətbuat  və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları  ərzində görülən işlər barədə geniş hesabatı təqdim olunacaq. Komitə üzvləri, həmçinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsini müzakirə edəcəklər. Sonra deputatlar cari məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31