Milli Məclisin də könüllüləri olacaq
Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyası üçün qanunverici işlər planı müəyyənləşib.
21 Sentyabr 2020 12:53 SosialMilli Məclisin Gənclər və idman komitəsinin payız sessiyası üçün qanunverici işlər planı müəyyənləşib. "Olaylar" xəbər verir ki, komitənin işlər planına "Deputat könüllüləri" layihəsinin icrası və hər bir komitə üzvünün öz könüllülərini seçərək təqdim etməsi, Parlament könüllülərinin yaradılaması və parlamentdə fəaliyyət göstərəcək 10 könüllünün seçilməsi, kömitə üzvlərinin seçildiyi ərazidə yaşayan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlərin təşkili daxildir. Bundan əlavə, 2 fevral - Gənclər gününə həsr olunan ictimai dinləmənin keçirilməsi də işlər planına daxil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31