Ramiz Mehdiyevin kürəkəni məhkəməyə gətirildi
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy məclisi təşkil etməsi ölkə gündəmində ciddi rezonansa səbəb olub.
22 Avqust 2020 12:18 SosialPrezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy məclisi təşkil etməsi ölkə gündəmində ciddi rezonansa səbəb olub.
Olaylar.az xəbər verir ki, toyun görüntüləri mediada yayımlandıqdan sonra sosial şəbəkədə və ictimaiyyətdə haqlı olaraq karantin rejimini pozanların cəzalandırılması məsələsi müzakirə olunub.
Hazırda toy sahibləri Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev məhkəməyə gətirilib. Onlar barəsində qanuna müvafiq olaraq ölçü götürüləcək.
Əlavə məlumat verəcəyik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31