66 tələbə-könüllü müəllim seçimində dəstək oldu
"BİR" tələbə-könüllülər müəllimlərin işə qəbulu üzrə müsabiqəsində dəstək fəaliyyəti göstərməyə davam edirlər.
22 Avqust 2020 10:50 Sosial"BİR" tələbə-könüllülər müəllimlərin işə qəbulu üzrə müsabiqəsində dəstək fəaliyyəti göstərməyə davam edirlər.
Olaylar.az bildirir ki, Bakı və Sumqayıt şəhərlərində keçirilən test mərhələsinin təşkilində 66 tələbə-könüllü nəzarətçi qismində fəaliyyət göstərir. Pandemiya şəraitinə uyğun həyata keçirilən test mərhələsində könüllü olmaq üçün 400-dən çox tələbə müraciət edib. Onlayn keçirilən seçim və müsahibə mərhələlərindən sonra 66 tələbə-könüllü seçilib, xüsusi təlimlərdə iştirak edib.
Qeyd edək ki, Təhsil Nazirliyi "Bir" tələbə-könüllü proqramı milli könüllü platforması kimi 24 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib.