Müdafiə Nazirliyindən daha bir AÇIQLAMA

Müdafiə Nazirliyi Mətbuat Xidməti Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı  bildirib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Onun sözlərinə görə, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31