Azərbaycanda daha bir məhkəmə hakim vəfat etdi
9 İyul 2020 14:42 SosialBakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov vəfat edib. "Olaylar" xəbər verir ki, uzun müddətdir onkolji xəstəliyindən əziyyət çəkən M.Sadıqov 57 yaşında dünyasını dəyişib. Qeyd edək ki, M.Sadıqov 2010-2015-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi, 2015-ci ildən isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışırdı. Xatırladaq ki, M.Sadıqov son 1 ay ərzində Azərbaycanda vəfat edən 4-cü hakimdir. Bundan əvvəl Bakı Apellyasiya Məhkəməsinin hakimləri Əfllatin Qasımov, Namiq Məmmədov və Müseyib Hüseynov dünyasını dəyişiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31