Yük avtomobilində dərman preparatları aşkarlandı

Yük avtomobilində dərman preparatları aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, Baş İdarənin "Mazımçay" gömrük postunda Gürcüstandan gələn, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun sol yan dolabında gömrük nəzarətinə bəyan edilməyən 606 ədəd müxtəlif adda dərman preparatları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31