Naxçıvan Qarnizonunda təlimlər başlayıb
13 Aprel 2020 19:21 Sosial"Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı"na əsasən bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə komanda-qərargah təlimi başlayıb. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə və hissələrin bölmələri cəmləşmə və döyüş təyinatı rayonlarına, atəş və start mövqelərinə çıxarılaraq ərazidə maskalanma, mühafizə və mühəndis təminatı üzrə tədbirləri yerinə yetirir.
Düşmənin kəşfiyyat-diversiya, hava hücumu, raket və artilleriya zərbələrinə qarşı şəxsi heyətin fəaliyyətləri məşq etdirilir.
İdarəetmənin təşkili üçün ərazidə dayaq və mobil radioqovşaqlar açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31