Azərbaycan Ordusu S-300 “Favorit” zenit-raket kompleksləri ilə məşqlərə başladı

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb.
"OLAYLAR"  nazirliyə istinadən xəbər verir ki, S-300 "Favorit" zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.
Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi və şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31