FHN-də qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq 13 aprel 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyində könüllü qanvermə aksiyası keçirilib. FHN-dən "Olaylar"a bildirilib ki, qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Qan Bankının tibbi personalının iştirakı ilə FHN-in Tibb Xidmətinin Tibb Mərkəzində təşkil olunub. Aksiyada Nazirliyin şəxsi heyəti könüllü olaraq qan verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31