Boşanmadılar...

2 ay ərzində boşanmaq istəyən 62 cütlük nikahın pozulmasından imtina edib. Bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Rəsmi məlumata görə,  qeydiyyat şöbələri tərəfindən ümumilikdə nikahın pozulması haqqında müraciət edənlərdən yanvar ayında 324, fevral ayında 278 şəxs psixoloqla söhbətə cəlb olunub. Nəticədə onlardan yanvar ayında 50-i (25 cütlük), fevral ayında isə 76-ı (38 cütlük) nikahın pozulmasından imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31