Dövlət sərhədindən narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
13 Aprel 2020 13:28 SosialDövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. DSX-dan verilən xəbərə görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən son bir həftə ərzində 2 halda 10 kq 490 qr narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Daxil olmuş əməliyyat məlumatlarına əsasən, "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 2 kq heroin və 1 kq 950 qr metamfetamin, "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində 4 kq 730 qr heroin və 1 kq 770 qr metamfetamin aşkar edilərək götürülüb. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31