Azərbaycanlı aktyor koronavirusdan sağaldı

Türkiyədə koronavirusa yoluxan azərbaycanlı aktyor Yasin Həzirə sağalıb.

Olaylar.az bildirir ki, bu barədə aktyor özü sosial şəbəkə hesabında məlumat verib.

Yasin "İnstagram"da paylaşım edib: "Hər şeyin daha gözəl olacağına, bundan sonra həyatı, insanları daha çox sevib, daha yaxşı insan olub, boş seyləri özümüzə problem etməyib, anlamlı bir həyat yaşayacağımıza inanıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31