Azərbaycanda yüksək vəzifəli məmur VƏFAT ETDİ - 12 il əvvəl 2 oğlu, gəlini və nəvəsini...

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev vəfat edib.

Bu barədə jurnalist Peyman Sadıqov məlumat yayıb.

Samid Abıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, 2008-ci ilin oktyabrında baş verən avtoqəzada Abıyevin iki oğlu, gəlini və azyaşlı nəvəsi həlak olmuşdu.

2009-cu ilin avqustun 12-də Şirvanda baş verən avtomobil qəzasınada isə onun üçüncü oğlu dünyasını dəyişib. (qaynarinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31