OVQAT ÜÇÜN -Bütün günahlar məndədi, məndə! İlqar Rəsuldan səkkiz sətirlik PAYLAŞIM

İlqar Rəsul

OVQAT ÜÇÜN

-Bütün günahlar məndədi, məndə! Yenə yaxşı ki, qonşu televizora baxandı. Ora keçməsəm, hələ də bilməzdim əslində nə baş verdiyini. Düz deyirlərmiş ki, arada bu şoğərib televizoru açıb baxmaq lazımdi.
-Ay arvad, bir de görək, nə məsələdi də?!
-Day nə deyim , ay bala! Bir aydı koronovirusla bağlı dua edirəm ki, kölgəsi üstümüzdən əskik olmasın!
-Elə niyə?
-Nə bilim, ay bala, gördüm nəvələrə tətil, camaata istirahət verir, pul, yardım paylatdırır, polis gəlir halımı xəbər alır, həkim gəlir temperaturumu soruşur, gülərüz könüllünün biri zibili aparanda o biri pay gətirir, mən boynu sınmış elə bilmişəm koronavirus yaxşı şeydi, hər gün dua eləmişəm ki, yaradan bunu bizə çox görməsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31