“Azxeber”in 10 yaşı oldu
13 Aprel 2020 06:32 SosialBu gün Azxeber.com informasiya portalının 10 yaşı tamam olur.
2010-cu il aprelin 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.
Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.
Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarından biridir.
Belə ki, portalın rəsmi səhifəsini "Facebook"da 600 min, "İnstagram"da isə 480 mindən çox insan bəyənib.
Həmçinin portalın "Twitter", "Youtube" və "Telegram" sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabları mövcuddur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31