BMT baş katibi dini liderlərə müraciət etdi
12 Aprel 2020 13:46 Sosial"Bu gün bütün dini konfesiyyaların liderlərinə müraciət edərək dünyada sülhə nail olmaq və əsas diqqəti COVID19-u məğlub etmək naminə ümumi mübarizəmizə yönəltmək üçün səylərimizi birləşdirməyə çağırıram". "OLAYLAR" xəbər verir ki,
bu fikirlər BMT baş katibinin dini liderlərə ünvanladığı çağırışda yer alıb. Baş katib xristianların Pasxa bayramı ərəfəsində edilən müraciət zamanı koronavirusa qarşı mübarizəyə də diqqət çəkib: "Gəlin bir-birimizə olan inamımızı yeniləyək və bir-birinə qayğı göstərmək üçün çətin zamanlarda müxtəlif dini etiqadlar və etik ənənə icmalarının bir araya gəlməsindən yararlanaq. Birlikdə biz bu virusu məğlub edə bilərik - əməkdaşlıq, həmrəylik və ümumbəşəri dəyərlərlə".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31