679 nəfərə taksi fəaliyyəti göstərmək üçün icazə verilib

Bu saata qədər Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla 679 nəfər taksi fəaliyyəti göstərən şəxslə bağlı məlumat Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən "icaze.e-gov.az" portalına göndərilib. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova verib. O, bildirib ki,  həmin şəxslərin taksi fəaliyyətinə icazə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31